Türkiyə Superliqasında 16-cı turdan təxirə salınmış daha bir oyun keçirilib.
Bizim.Media xəbər verir ki, "Trabzonspor" öz meydanında "Samsunspor"la qarşılaşıb.
Qara dəniz derbisində meydan sahibləri qalib gəlib - 2:1.
"Trabzonspor" - "Samsunspor" - 2:1
Qollar: Benkoviç, 21, Onuaçu, 45+1 - Antalyalı, 90+5
Bu nəticədən sonra "Trabzonspor" 36 xalla 3-cü, "Samsunspor" 18 xalla 17-ci pillədə qərarlaşıb.
Bizim.Media