"Borussiya" (Dortmund) "Mançester Yunayted"dən Ceydon Sançonun keçidini rəsmiləşdirib.
Bizim.Media xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 23 yaşlı hücumçu ilə imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.
Daha əvvəl mətbuatda ingiltərəli futbolçunun Almaniya klubuna icarə əsasında keçəcəyi, tərəflərin cari mövsümün sonunadək müqavilə imzalayacağı barədə yazılmışdı.
Qeyd edək ki, Sanço 2017-2021-ci illərdə də "Borussiya"da oynayıb.
Bizim.Media