“Turan Tovuz”un futbolçusu Sərtan Taşkın karyerasını Türkiyədə davam etdirəcək.
Bizim.Media xəbər verir ki, Türkiyə 1-ci Liqasında mübarizə aparan “Manisaspor” futbolçunu heyətinə qatıb.
“Turan Tovuz” cinah müdafiəçisini qardaş ölkə təmsilçisinə satıb.
Futbolçu tibbi müayinədən keçib. O, manisalılarla ilyarımlıq müqavilə bağlayacaq. Bu komanda hazırda 18 komandanın çıxış etdiyi 1-ci Liqada 11-ci pillədədir.
Rəşad Rafiqoğlu, Bizim.Media