"Barselona"nın baş məşqçisi Xavi "Osasuna" ilə İspaniya Superkubokunun yarımfinal matçı öncəsi komandasının çıxışından danışıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis Kataloniya təmsilçisinin çoxlu səhvə yol verdiyini deyib:
“Rəqiblərimizə hədiyyə verməyi dayandırmalıyıq. Bəli, evdə matçları çətinləşdirən müəyyən səhvlərimiz oldu, amma düşünürəm ki, biz onları tədricən aradan qaldırırıq. Son oyunlarda yaxşılaşa bildik. Pley-offda belə səhvləri təkrarlaya bilmərik. Çünki rəqib dərhal bizi cəzalandıracaq”.
Xatırladaq ki, “Barselona” və “Osasuna” arasında İspaniya Superkubokunun yarımfinal oyunu yanvarın 11-i keçiriləcək.
Bizim.Media