Azərbaycan milli komandasının üzvü Ramil Şeydayev "Buriram Yunayted" klubundan ayrılmaq istəyir.
Bizim.Media xəbər verir ki, Taylanddan ayrılmaq niyyətində olan azərbaycanlı futbolçunun Rusiyaya yollanmaq ehtimalı da ortaya çıxıb.
Türkiyə klublarına keçidi gündəmdə olan Şeydayevə Rusiya Premyer Liqasından təklif gəlib.
Ölkə çempionatında 7-ci pilləsində qərarlaşan “Rubin” Şeydayevin xidmətində maraqlıdır. Mahir Emrelini də transfer etmək istəyən Kazan təmsilçisi Şeydayevə görə hərəkət keçib. Ramil vaxtilə Kazan klubunda çıxış edib.
O, 2015-ci ildə “Zenit”də oynayarkən “Rubin”ə icarəyə verilib. 27 yaşlı forvard karyerası ərzində “Zenit”, “Trabzonspor”, “Jilina”, “Qarabağ”, “Krılya Sovetov”, “Dinamo”(Moskva), “Sabah” komandalarında oynayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media