İtaliya A seriyasının klubları və Liqa prezidenti Lorenzo Kasini çempionatda çıxış edən komandaların sayının azaldılması ilə bağlı qeyri-rəsmi danışıqlar prosesinə başlayıblar.
Bizim.Media xəbər verir ki, bu barədə "La Gazette dello Sport" məlumat yayıb.
Onlar A seriyasında komandaların sayının 20-dən 18-ə endirilməsini istəyirlər. Bunun tərəfdarı olanlar əsasən A seriyasının aparıcı klublarıdır.
Növbəti mövsümdən etibarən Çempionlar Liqasında yeni formatın tətbiq olunması qarşıdakı illərdə matçların sayının artmasına səbəb olacaq və İtaliya çempionatının təqvimi son dərəcə sıxlaşacaq. Lakin bəzi klublar bu tədbirlərə görə müəyyən qədər gəlir itirməkdən ehtiyat edirlər.
A seriyasının 14 klubunun komandaların sayının azaldılmasına səs verməsi şərti ilə bu qərarın qəbul oluna biləcəyi vurğulanır.
Bizim.Media