“Zirə” daha bir futbolçu ilə yollarını ayırmağa hazırlaşır.
Bizim.Media xəbər verir ki, qəsəbə təmsilçisi Rəhim Sadıxovla vidalaşmağa qərar verib.
2022-ci ilin yayında “Sumqayıt”dan alınan yarımmüdafiəçi artıq transferə çıxarılıb. “Qartallar” müqaviləsi iyunda başa çatacaq millinin sabiq üzvünü bu barədə məlumatlandırıblar.
Qeyd edək ki, “Zirə” qış fasiləsində artıq iki futbolçu ilə vidalaşıb. Bunlar Abdrey Lukoviç və Vladislav Kulaçdır. Əvəzində komanda “Qəbələ”nin sabiq üzvü Rafael Utsixi heyətinə qatıb.
Rəşad Rafiqoğlu, Bizim.Media