"Neftçi" fasilə dönəmində sabiq futbolçusu, yığmanın da şərəfini qoruyan Anton Krivotsyuku geri qaytarmağı düşünür.
Bizim.Media xəbər verir ki, Ukrayna əsilli futbolçu hazırda "ağ-qaralar"ın düşərgəsindədir.
2023-cü ilin fevralında Cənubi Koreyaya üz tutan müdafiəçi Key-Liqa 1-də 29, kubokda 1 oyunda meydana çıxıb.
Qeyd edək ki, Krivatsyuk ölkənin əsas komandasında 35 oyuna çıxıb.
Rəşad Rafiqoğlu, Bizim.Media