“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messinin qonşusu Patrik Bet-David maraqlı açıqlama verib.
Bizim.Media “Mundo Deportivo”ya istinadən xəbər verir ki, o, Messiylə qonşu olduqdan sonra evinin qiymətinin iki dəfə artdığını söyləyib.
Onlar Mayamidə Fort-Loderdeyl kurort şəhərinin sahilində qonşudurlar.
“Mən evimi 20 milyon dollara almışam. Messi gələndən sonra isə ev 45 milyon dollar dəyərində olub. Beləliklə, kapitalımı 25 milyon dollar artırmışam”, - deyə o qeyd edib.
Bizim.Media