"Çelsi"nin sabiq futbolçusu Timo Verner yenidən Premyer Liqada çıxış edəcək.
Bizim.Media "The Atletic"ə istinadən xəbər verir ki, "Leyptsiq"in hücumçusu "Tottenhem"ə keçəcək.
Almaniya millisinin üzvü London klubunda mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək.
Qetd edək ki, T.Verner 2020-ci ildə "Leyptsiq"dən "Çelsi"yə keçib. Bundesliqadakı oyununu Premyer Liqada sərgiləyə bilməyən futbolçu 2022-ci ildə "Leyptsiq"ə qayıdıb.
Bizim.Media