Azərbaycan milli komandasının və "Dinamo"nun hücumçusu Mahir Emreli Rusiyaya yollanmaq şansına sahibdir.
Bizim.Media xəbər verir ki, yarımmüdafiəçiyə Premyer Liqada mübarizə aparan klublar maraq göstərir.
Onlar arasında ən iddialısı "Rubin"dir. Kazan təmsilçisi Mahiri mövsümün sonuna qədər icarəyə götürməyi planlaşdırır.
"Rubin"in baş məşqçisi Rəşid Rəhimov şəxsən 26 yaşlı vingeri sərəncamında görmək istəyir. Emrelinin Rusiyaya yollanıb-yollanmayacağı yaxın günlərdə dəqiqləşəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media