“Qarabağ” sabah mövsümün ikinci yarısının hazırlığına start verəcək.
Bizim.Media xəbər verir ki, Premyer Liqanın 18-ci turunun “Zirə” ilə oyunundan sonra istirahətə buraxılan komanda Bakıda bir araya gələcək.
Qış təlim-məşq toplanışı paytaxtda baş tutacaq. Hazırlıq çərçivəsində bir yoxlama oyunu keçiriləcək. Komanda “Zirə” ilə görüşəcək.
Bu matç yanvarın 15-də təşkil olunacaq. Premyer Liqanın 19-cu turunun oyunları yanvarın 21-23-də keçiriləcək. Komanda evdə “Araz-Naxçıvan”la qarşılaşacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media