Mövsümün ikinci yarısına hazırlığı Türkiyənin Antalya bölgəsində keçən “Sabah” bu gün ilk məşqinə çıxıb.
Bizim.Media xəbər verir ki, Belekdəki Hüseyn Aygün təlim-məşq bazasında baş tutan hazırlıqda futbolçular məşqçilərin verdiyi müxtəlif fiziki və taktiki təmrinləri yerinə yetiriblər.
“Sabah” yanvarın 4-15-i aralığında Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olacaq.
Hazırlıq çərçivəsində 2 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.
Rəşad Rafiqoğlu, Bizim.Media