Mövsümün ikinci yarısına hazırlaşa “Zirə” növbəti transferini həyata keçirib.
Bizim Media xəbər verir ki, Rəşad Sadıqovun komandası “Qəbələ”nin sabiq futbolçusu Rafael Utziqlə anlaşıb.
Braziliyalı forvard yaxın günlərdə Azərbaycana gəlib müqavilə imzalayacaq.
Qeyd edək ki, Rafael Utziq 2020-2022-ci illərdə “Qəbələ”də çıxış edib. O, əyalət təmsilçisinin heyətində meydana çıxdığı 48 matçda 11 qola imza atıb.
Rəşad Rafiqoğlu, Bizim.Media