Türkiyəli futbolçu Arda Gülər bu gün "Real Madrid"in doğma meydanında "Malyorka" ilə keçirəcəyi matçda debüt edə bilər.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, baş məşqçi Karlo Ançelotti imkan olacağı halda futbolçunu meydana buraxacağını deyib.
Xatırladaq ki, "Real Madrid" La Ligada 45 xalla liderdir. "Malyorka"nın isə 18 xalı var və 14-cü yerdə qərarlaşıb.
Bizim.Media