“Qarabağ” müqaviləsi mövsümün sonunda başa çatacaq Andrey Lunyovu heyətində saxlaya bilər.
Bizim Media xəbər verir ki, bunu rusiyalı qapıçının özü açıqlayıb. 32 yaşlı qolkiper bildirib ki, “Qarabağ”dakı gələcəyi ilə bağlı danışıqlar gedir:
“Qarabağ”dakı gələcəyimlə bağlı söhbətlər gedir. Bu işlə məşğul olan adamlar var. Mənim işim isə meydanda nəticə verməkdir. Prinsipcə, istənilən təkliflər üçün açığam.
Nəzərdən keçirmək, ölçüb-biçmək lazımdır ki, hansı variant inkişaf və ailəm üçün daha yaxşıdır”. Qeyd edək ki, “Qarabağ” Lunyovu 2023-cü ilin yayında “Bayer”dən icarəyə götürüb.
Rəşad Rafiqoğlu, Bizim.Media