“Qarabağ” və "Neftçi"nin sabiq futbolçusu Ailton Silvanın yeni klubu müəyyənləşib.
Bizim.Media xəbər verir ki, braziliyalı müdafiəçi karyerasını ölkəsində davam etdirəcək. O, C liqasında mübarizə aparan “Amazonas”la 1 illik müqavilə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Ailton Silva 2015/2016 mövsümündə “Neftçi”nin, 2019/2020 mövsümündə isə “Qarabağ”ın formasını geyinib.
Bizim.Media