Çempionlar Liqası: PSJ “Bavariya”nı məğlub etdi – NƏTİCƏLƏR

Aprelin 7-də futbol üzrə UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsinin daha iki qarşılaşması keçirilib.

Bizim.Media xəbər verir ki, gecənin böyük maraqla gözlənilən görüşü Almaniyada turnirin son qalibi “Bavariya” ilə Fransanın “Paris Sen-Jermen” komandaları arasında baş tutub.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşün ilk dəqiqələrində rəqiblər bir-birinin qapısı qarşısında bir necə təhlükəli vəziyyətlər yaradıb.

Matçın 3-cü dəqiqəsində Manuel Noyer ilə təkbətək qalan Kilyan Mbappe qonaqları hesabda önə çıxardıb - 0:1. Qarşılaşmanın 28-ci dəqiqəsində parislilər hesab arasındakı fərqi iki topa çatdırıb.

Neymarın cərimə meydançasına ötürdüyü topu müdafiəçi Markinyos dəqiq zərbə ilə tamamlayıb - 0:2. Qoldan iki dəqiqə sonra ikinci qolun müəllifi Markinyon zədələnərək meydanı vaxtından əvvəl tərk edib. Onu Ander Arrera əvəzləyib.

Birinci hissənin başa çatmasına səkkiz dəqiqə qalmış "Bavariya" qollardan birinin əvəzin çıxıb. Benjamin Pavardın cinah ötürməsindən sonra Maksim Şupo-Motinq qapıya dəqiq baş zərbəsi endirib - 1:2.

Fasilədən sonra hücumların kəsərin artıran Münxen təmsilçisi hesabı bərabərləşdirməyə nail olub. Oyunun 60-ci dəqiqəsində Tomas Müller komandasının vacib qoluna imza atıb.

Oyunda geridönüş etmək istəyən "Bavariya" iki dəqiqədən sonra yenidən qapısında top görüb. Qarşılaşmanın ən yaxşılarından olan Kilyan Mbappe yenidən adını tabloya yazdıraraq komandasının səfərdə vacib qələbəsini təmin edib.

Qalan dəqiqələrdə "Paris Sen-Jermen" daha əks hücumlara bel bağlayaraq müdafiə oturub hesabı qorumağa çalışıb. Buna baxmayaraq hesab dəyişilməyib.

Günün digər görüşündə İngiltərənin "Çelsi" klubu səfərdə Portuqaliyanın "Portu" komandasını 2:0 hesabı ilə məğlub edib. London təmsilçilərinin heyətində Meyson Mount (32) və Benjamin Ciluel (85) fərqlənib.

Bu komandalar arasında cavab qarşılaşmaları aprelin 13-də gerçəkləşəcək.

Qeyd edək ki, ilk oyun günündə keçirilən matçlarda İngiltərə klublarından “Liverpul” İspaniyada “Real Madrid”ə 1:3 hesabı ilə uduzub, “Mançester Siti” isə evdə Almaniyanın “Borussiya” (Dortmund) klubuna qalib gəlib - 2:1.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Komitə sədri: “Çox acınacaqlıdır ki, qızlarımız da elektron siqaretdən istifadə edir”

Komitə sədri: “Çox acınacaqlıdır ki, qızlarımız da elektron siqaretdən istifadə edir”

Nadir Qafarzadə: “Oğlumla gəlinim əyləşən məclisə içki qoymaq olmaz” - VİDEO

Nadir Qafarzadə: “Oğlumla gəlinim əyləşən məclisə içki qoymaq olmaz” - VİDEO

"Qarabağ" CƏRİMƏLƏNDİ

"Qarabağ" CƏRİMƏLƏNDİ

Bu uşaqların autizmli olmaq ehtimalı DÖRD DƏFƏ çoxdur

Bu uşaqların autizmli olmaq ehtimalı DÖRD DƏFƏ çoxdur

İrəvan Moskvaya bir daha xatırlatdı: “Zəngəzur dəhlizi layihəsində Rusiyanın adı yoxdur”

İrəvan Moskvaya bir daha xatırlatdı: “Zəngəzur dəhlizi layihəsində Rusiyanın adı yoxdur”

“Zenit”in baş məşqçisi və həyat yoldaşı Almaniyada saxlanıldı

“Zenit”in baş məşqçisi və həyat yoldaşı Almaniyada saxlanıldı

SON DƏQİQƏ! Azərbaycanda elektron siqaretlərdən istifadə QADAĞAN EDİLƏCƏK

SON DƏQİQƏ! Azərbaycanda elektron siqaretlərdən istifadə QADAĞAN EDİLƏCƏK

Bakıda tələbə faciəvi şəkildə dünyasını dəyişdi – FOTO

Bakıda tələbə faciəvi şəkildə dünyasını dəyişdi – FOTO

Yuxuda gördüklərimizin sonradan gerçəkləşməsi nəyə işarədir?

Yuxuda gördüklərimizin sonradan gerçəkləşməsi nəyə işarədir?

Xocalının iki kəndinə 85 nəfər qayıtdı - FOTO

Xocalının iki kəndinə 85 nəfər qayıtdı - FOTO

Kreml yeni ilədək atəşkəs təklifinə “hə” deyəcəkmi? – Peskovdan AÇIQLAMA

Kreml yeni ilədək atəşkəs təklifinə “hə” deyəcəkmi? – Peskovdan AÇIQLAMA

“Neftçi” və “Qəbələ”nin sabiq baş məşqçisi Qazaxıstan klubu ilə ANLAŞDI

“Neftçi” və “Qəbələ”nin sabiq baş məşqçisi Qazaxıstan klubu ilə ANLAŞDI

18 yaşına çatmayan məhkumlarla bağlı ŞAD XƏBƏR

18 yaşına çatmayan məhkumlarla bağlı ŞAD XƏBƏR

Boy fərqi diqqət çəkdi: Meloni ilə Şapunun FOTOLARI sosial şəbəkələrdə viral oldu

Boy fərqi diqqət çəkdi: Meloni ilə Şapunun FOTOLARI sosial şəbəkələrdə viral oldu

Bu şəxslərin cəzası 6 ay AZALDILACAQ

Bu şəxslərin cəzası 6 ay AZALDILACAQ

Ağır və xüsusilə ağır cinayət törətməyən bütün qadınlar AZADLIĞA BURAXILACAQ

Ağır və xüsusilə ağır cinayət törətməyən bütün qadınlar AZADLIĞA BURAXILACAQ

Bakıda müştərinin “İphone-17”si OĞURLANDI

Bakıda müştərinin “İphone-17”si OĞURLANDI

S-400 böhranı YENİDƏN GÜNDƏMDƏ – Qərbin Rusiya-Türkiyə münasibətlərini pozmaq planının PƏRDƏARXASI

S-400 böhranı YENİDƏN GÜNDƏMDƏ – Qərbin Rusiya-Türkiyə münasibətlərini pozmaq planının PƏRDƏARXASI

Amnistiyaya bu məhkumlar düşəcək– KATEQORİYALAR

Amnistiyaya bu məhkumlar düşəcək– KATEQORİYALAR

Bakıda illərdir istifadəsiz qalan avtobuslar – VİDEO

Bakıda illərdir istifadəsiz qalan avtobuslar – VİDEO

Əli Əsədov Həştərxan vilayətinin qubernatoru ilə GÖRÜŞDÜ

Əli Əsədov Həştərxan vilayətinin qubernatoru ilə GÖRÜŞDÜ

IDEA Sabirabad və Cəlilabadda kütləvi ağacəkmə aksiyaları təşkil etdi – FOTO

IDEA Sabirabad və Cəlilabadda kütləvi ağacəkmə aksiyaları təşkil etdi – FOTO

Alimentlərlə əlaqədar işçinin əməkhaqqında tutulmalara dair YENİ NORMA

Alimentlərlə əlaqədar işçinin əməkhaqqında tutulmalara dair YENİ NORMA

İl yarım öncə anasını itirən üç körpə bu gün də ATASIZ qaldı – Dəhşətli HƏYAT HEKAYƏSİ

İl yarım öncə anasını itirən üç körpə bu gün də ATASIZ qaldı – Dəhşətli HƏYAT HEKAYƏSİ

End of content

No more pages to load

RADİO