“Turan-Tovuz” Antalyada (Türkiyə) təlim-məşq toplanışındakı ilk rəqibi müəyyənləşib.
Bizim.Media xəbər verir ki, tovuzlular Özbəkistanın “Nasaf” klubu ilə qarşılaşacaq.
Görüş yanvarın 15-də baş tutacaq. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Antalyada üç oyun keçirəcək.
Qeyd edək ki, “Nasaf” Asiya Çempionlar Liqasında 1/8 finalda mübarizə aparacaq. Onların rəqibi BƏƏ-nin “Əl Əyn” klubudur.
Rəşad Rafiqoğlu, Bizim.Media