"İnter" futbolçusu Matteo Darmianla yeni müqavilə imzalayıb.
Bizim.Media klubun saytına istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi ilə müqavilənin müddəti 2024/2025 mövsümünə kimi uzadılıb.
Qeyd edək ki, Darmian 2020-ci ildən “İnter”də çıxış edir. Bu mövsüm o, bütün turnirlərdə 23 oyuna çıxıb.
Xatırladaq ki, "İnter" bu gün Federiko Dimarko ilə də yeni müqavilə imzalayıb.
Bizim.Media