“Vətənimi sevirəm. Hardan gəldiyimi unutmamışam. Azərbaycanı sevirəm və bununla həmişə fəxr etmişəm”.
Bizim.Media xəbər verir ki, bu sözləri məşhur azərbaycanlı atlet dünya çempionu Ramil Quliyev İDMAN TV-yə açıqlamasında deyib.
Telekanal İstanbulda həmyerlimizdən xüsusi film hazırlayıb.
Verilişdə Ramilin karyerasından, Azərbaycanda və Türkiyəyə köçdükdən sonra qardaş ölkədəki həyatından bəhs olunur. “Ramil” adlanan film bu gün saat 22-00-da İDMAN TV-də nümayiş olunacaq.
Qeyd edək ki, Ramil Quliyev əvvəllər Azərbaycanı təmsil edib. 2011-ci ildən Türkiyəyə köçən atletimiz hazırda qardaş ölkəni təmsil edir. O, 2017-ci ildə Londonda təşkil olunan dünya çempionatında 200 metr məsafəyə qaçış yarışlarında qızıl medal qazanıb.
Rəşad Rafiqoğlu, Bizim.Media