Xəbər verdiyimiz kimi Səudiyyə Ərəbistanında bu gün "Qalatasaray" və "Fənərbaxça" komandaları arasında oynanılması planlaşdırılan Türkiyə Superkuboku uğrunda oyun təxirə salınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) və hər iki klub birgə bəyanat yayıb.
Bildirilib ki, təşkilatçılıqdakı bəzi çatışmazlıqlar səbəbindən klublarla birgə qəbul olunan ortaq qərar nəticəsində qarşılaşma başqa tarixə keçirilib:
“Superkubok matçının təşkilində indiyədək göstərdiyi səylərə görə ev sahibi ölkənin Futbol Federasiyasına və müvafiq qurumlara təşəkkür edirik”.
Bizim.Media