Albaniyanın “Tirana” klubu “Qarabağ”ın hücumçusu Redon Cicanı icarəyə götürmək istəyir.
Bizim.Media xəbər verir ki, bu barədə adıçəkilən ölkənin mətbuatında xəbərlər yayılıb.
Bildirilib ki, Azərbaycan klubunda çox oynamaq şansı almayan forvard Tirana şəhəri təmsilçisinə kömək edə bilər.
“Tirana” klubunun direktoru Qrent Halili isə futbolinfo.az-a açıqlamasında bu məlumatı nə təsdiq, nə də təkzib edib:
“Bizdə bu cür informasiya yoxdur. Siz bu barədə “Qarabağ”a və Redon Cicanın özünə sual verin. Mən bunu şərh edə bilməyəcəm”.
Qeyd edək ki, Cica carı ilin yayında “Tirana”dan “Qarabağ”a transfer olunub. O, Ağdam təmsilçisində 20 oyunda meydana çıxıb.
Rəşad Rafiqoğlu, Bizim.Media