"Real"ın keçmiş qapıçısı Dieqo Lopez peşəkar futboldan ayrıldığını açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
İspaniyalı qolkiperin son klubu “Rayo Valyekano” olub. Yayada bu komandadan ayrılan 42 yaşlı qapıçı 6 ay klubsuz qaldıqdan sonra karyerasını bitirmək qərarına gəlib.
Qeyd edək ki, Lopez karyerası ərzində “Real", “Milan”, “Vilyarreal”, “Sevilya” və “Espanyol”da çıxış edib. O, Madrid klubu ilə Çempionlar Liqası, La Liqa və İspaniya kubokunun qalibi olub.
Bizim.Media