"Yuventus" futbolçusu Bremerlə yeni müqavilə imzalayıb.
Bizim.Media klubun saytına istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi ilə müqavilənin müddəti 2028-ci ilin iyunun kimi uzadılıb.
Qeyd edək ki, Bremer bu mövsüm İtaliya A Seriyasında "Yuventus"un heyətində 17 oyuna çıxıb və 1 qol vurub.
O, 2022-ci ilin yayından "Torino"dan Turin təmsilçisində çıxış edir. Braziliyalı futbolçu üçün 41 milyon avro təzminat ödənilib.
Bizim.Media