"Qalatasaray" heyətini yeni sol cinah müdafiəçisi ilə gücləndirməyi planlaşdırır.
Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisi Polşanın "Yaqelloniya" klubunda çıxış edən Bartlomiej Vdoviklə maraqlanır. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
"Sarı-qırmızılar" qış transfer pəncərəsi zamanı 23 yaşlı futbolçu üçün Belostok təmsilçisinə rəsmi təklif göndərəcək.
Qeyd edək ki, "Yaqelloniya" Bartlomiej Vdoviki 2020-ci ilin yanvar ayında "Odra Opole"dən transfer edib. Polşa millisinin üzvü cari mövsümdə komandanın heyətində meydana çıxdığı 22 rəsmi matçda 9 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media