Qadın voleybolçulardan ibarət milli komandamızın yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Bizim.Media “prosport.az”a istinadən xəbər verir ki, yığma komanda yenidən Faiq Qarayevə tapşırılıb. Təcrübəli mütəxəssis həmçinin bütün milli komandaların koordinatoru vəzifəsini yerinə yetirəcək. Bu səbəbdən də o, vitse-prezident postundan imtina edib.
Qeyd edək ki, milli komandanın sonuncu baş məşqçisi türkiyəli Ataman Güneyligil olub. O, milli komandanı yayda Avropa çempionatının qrup mərhələsindən çıxara bilmədiyindən, onunla yeni müqaviləyə ehtiyac duyulmayıb.
Bizim.Media