“Araz-Naxçıvan” 2 futbolçu ilə yollarını ayırmaq istəyir.
Bizim.Media xəbər verir ki, söhbət qapıçı Semir Bukviç və hücumçu Elvis Maskedən gedir.
Hər iki legioner ümidləri doğrultmadığı üçün əsas heyətə düşə bilmir.
Hazırda klub rəhbərliyi futbolçularla müqaviləyə xitam vermək üçün onlarla danışıqlar aparır. Onların əvəzinə qış fasiləsində yeni legionerlərin transfer olunacağı gözlənilir.
Rəşad Rafiqoğlu, Bizim.Media