"Neftçi"nin belaruslu hücumçusu Yeqor Beqomolski klubunu dəyişə bilər. Futbolçu ilə “Zirə” yaxından maraqlanır.
Bizim.Media xəbər verir ki, qəsəbə klubunun baş məşqçisi Rəşad Sadıqov bir neçə dəfə sözügedən oyunçu ilə maraqlandıqlarını, qış fasiləsində forvardı icarəyə götürmək istədiklərini vurğulayıb.
Beqomolski daha çox oyun şansı qazanmaq istədiyi üçün klubdan ayrıla bilər. Lakin forvardla bağlı son qərarı yeni baş məşqçi Miodraq Bojoviç verəcək.
Qeyd edək ki, 2022-ci ildən “Neftçi”də oynayan belaruslu hücumçu 33 oyunda meydana çıxaraq 3 qol vurub.
Rəşad Rafiqoğlu, Bizim.Media