“Turan Tovuz” mövsümün ikinci yarısına hazırlığını Türkiyədə keçirəcək.
Bizim.Media xəbər verir ki, komanda yanvarın 3-də Antalyaya yollanacaq.
Lara bölgəsində məskunlaşacaq “Turan Tovuz” yanvarın 17-dək burada hazırlığını davam etdirəcək.
3 yoxlama oyunu nəzərdə tutulub. Rəqiblərin adı isə hələlik açıqlanmayıb.
Qeyd edək ki, “Turan Tovuz” mövsümün ilk yarısını 22 xalla 7-ci pillədə başa vurub.
Rəşad Rafiqoğlu, Bizim.Media