Bu gün Şəki Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 9 -cu turunun və ilin son oyunu baş tutub.
Bizim.Media xəbər verir ki, "Şəki" yerli publika önündə, çempionatın liderlərindən sayılan "NTD-İNDİQO" klubunu qəbul edib.
Görüşün ilk dəqiqələrindən üstünlüyü ələ keçirən Xaçmaz təmsilçisi, yekunda 120-54 hesablı qələbə qazanıb.
Bu qələbə ilə "NTD-İNDİQO", 17 xalla qış fasiləsinə şərikli lider kimi yollanıb.
Ən məhsuldar basketbolçular: "Şəki" (Pol Dibal - 21 xal, 9 ribaund), "NTD-İNDİQO" (Brendon Yanqer - 28 xal, 4 asist).

Rəşad Rafiqoğlu, Bizim.Media