FİFA prezidenti Canni İnfantino Avropa Məhkəməsinin Superliqa ilə bağlı qərarına münasibət bildirib.
Bizim Media xəbər verir ki, qurumun rəhbəri sosial şəbəkədə bu barədə paylaşım edib.
“Avropa Məhkəməsinə hörmətlə yanaşırıq, amma bugünki qərar heç nəyi dəyişməyəcək. Biz dünyanın ən yaxşı turnirinin təşkil etmişik və gələcəkdə də belə olacaq”, - deyə paylaşımda bildirilib.
Qeyd edək ki, Avropa Məhkəməsi Superliqa ideyasının təşkili dəstəkləyib. Qərarda FİFA və UEFA-nın liqanın təşkilinə qadağa qoymaq hüququ olmadığı qeyd edilib.
Rəşad Rafiqoğlu, Bizim.Media