"Barselona"nın yarımmüdafiəçisi Pedri yenidən sıradan çıxıb.
Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçu dünənki məşqdə ayağından zərbə alıb.
Beləcə, o, məşqi erkən bitirməli olub.
Həkimlər gənc futbolçunun təxminən 2-3 həftə oyunlardan və məşqlərdən kənar qalacağını proqnozlaşdırıb.
Rəşad Rafiqoğlu, Bizim.Media