Gürcüstan millisinin qapıçısı Luka Quqeşaşvili "Qarabağ"da qalacaq.
Bizim.Media xəbər verir ki, gürcü qolkiperin qışda başqa komandaya icarəyə gedəcəyi gözlənilirdi.
Amma son məlumata görə, Quqeşaşvili ən azından mövsümün sonuna qədər "Qarabağ"da qalacaq.
Halbuki, Lukanın oyun praktikasından əziyyət çəkdiyi üçün gələn təklifləri dəyərləndirəcəyi ehtimal edilirdi. 2022-ci ildə "Qarabağ"a keçmiş 29 yaşlı futbolçunun müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.
Rəşad Rafiqoğlu, Bizim.Media