Bakıda keçiriləcək Böyük Dəbilqə turnirinin vaxtı DƏYİŞDİ

Beynəlxalq Cüdo Federasiyasının (BCF) qərarına əsasən, 2024-cü ilin 1-3 noyabrında keçirilməsi nəzərdə tutulan Bakı Böyük Dəbilqə yarışının vaxtı dəyişdirilib. 

Bizim.Media xəbər verir ki, “Dünya Cüdo Turu” seriyasına daxil olan nüfuzlu turnir 16-18 fevral 2024-cü ildə keçiriləcək. 

Tədbir Milli Gimnastika Arenasında baş tutacaq.

“Bu tarixlərdə daha öncə Tel-Əviv Böyük Dəbilqə yarışının keçirilməsi planlaşdırılırdı. Məlum hadisələrə görə təhlükəsizlik baxımından BCF bu turnirin keçirilməsini təxirə saldıqdan sonra biz gələn ilin noyabrında keçirilməsi nəzərdə tutulan Bakı Böyük Dəbilqə yarışının 16-18 fevral 2024-cü il tarixinə keçirilməsini təklif etdik. Təklifimizə müsbət cavab verdikləri üçün BCF-ə təşəkkürümüzü bildiririk”, - deyə Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu bildirib.

O, həmçinin vurğulayıb ki, yarışın fevral ayına keçirilməsi burada toplanacaq xalların Paris 2024 Yay Olimpiya Oyunlarına lisenziya reytinq xallarının toplanmasına imkan verəcək: 

“Yarış noyabr ayında olsaydı Olimpiya Oyunlarından sonra baş tutacağına görə iştirakçı sayı əhəmiyyətli dərəcədə azalacaqdı. Həmçinin, bu yarış zamanı ev sahibi kimi hər çəkidə 4 idmançı sifariş edə biləcəyimizdən, bu da Olimpiya Oyunlarına lisenziya xallarının qazanılması baxımından müəyyən üstünlük yaradacaq”.

Azərbaycan Cüdo Federasiyası bütün idman həvəskarlarını qeyd edilən tarixlərdə Milli Gimnastika Arenasına dəvət edir, dünyanın ən güclü cüdo ustalarının çıxışlarına tamaşa etməklə yanaşı, idmançılarımıza öz güclü azarkeş dəstəklərini verməyə çağırır.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyevdən sülh prosesi ilə bağlı AÇIQLAMA

İlham Əliyevdən sülh prosesi ilə bağlı AÇIQLAMA

Daha bir tiktoker həbs olundu

Daha bir tiktoker həbs olundu

İlham Əliyev: “Azərbaycan və Gürcüstan hər zaman olduğu kimi, bir yerdədir”

İlham Əliyev: “Azərbaycan və Gürcüstan hər zaman olduğu kimi, bir yerdədir”

Nazirlik 3 ayda qaytarılan ƏDV-lərin məbləğini açıqladı

Nazirlik 3 ayda qaytarılan ƏDV-lərin məbləğini açıqladı

İrakli Kobaxidze: “İlham Əliyev Gürcüstanın dəyərli dostudur”

İrakli Kobaxidze: “İlham Əliyev Gürcüstanın dəyərli dostudur”

İlham Əliyev və İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO

İlham Əliyev və İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO

Netanyahudan Trampa TELEFON ZƏNGİ

Netanyahudan Trampa TELEFON ZƏNGİ

İlham Əliyev və İrakli Kobaxidze arasında geniş tərkibdə görüş - FOTO

İlham Əliyev və İrakli Kobaxidze arasında geniş tərkibdə görüş - FOTO

Lukaşenko KTMT-ni Ermənistanla münasibətlərdə ehtiyatlı olmağa çağırdı

Lukaşenko KTMT-ni Ermənistanla münasibətlərdə ehtiyatlı olmağa çağırdı

Kəmaləddin Heydərov Keşlədən sonra sürüşmə ərazisinə getdi - FOTO/VİDEO

Kəmaləddin Heydərov Keşlədən sonra sürüşmə ərazisinə getdi - FOTO/VİDEO

Bakıda 23 yaşlı gənc hamamda ölü tapıldı

Bakıda 23 yaşlı gənc hamamda ölü tapıldı

Ağdam-Xankəndi dəmir yolunda işlərin başa çatmasına AZ QALDI

Ağdam-Xankəndi dəmir yolunda işlərin başa çatmasına AZ QALDI

Muzeylərin fəaliyyətinə nəzarət nazirlikdən alındı

Muzeylərin fəaliyyətinə nəzarət nazirlikdən alındı

Dəmir yolu ilə daşınan sərnişinlərin sayı açıqlandı – FOTO

Dəmir yolu ilə daşınan sərnişinlərin sayı açıqlandı – FOTO

Düyü ucuzlaşacaq – BU TARİXDƏN

Düyü ucuzlaşacaq – BU TARİXDƏN

“Kolambus Kryu”nun baş məşqçisi: “Nəriman çox istedadlı oyunçudur”

“Kolambus Kryu”nun baş məşqçisi: “Nəriman çox istedadlı oyunçudur”

Rubiodan Avropanı qorxuya salan XƏBƏRDARLIQ – VİDEO

Rubiodan Avropanı qorxuya salan XƏBƏRDARLIQ – VİDEO

SEPAH 3-cü türk gəmisinin Hörmüz boğazından keçməsinə icazə VERDİ

SEPAH 3-cü türk gəmisinin Hörmüz boğazından keçməsinə icazə VERDİ

Rusiya Odessaya zərbə endirdi: Ölənlər və geniş dağıntılar var – VİDEO

Rusiya Odessaya zərbə endirdi: Ölənlər və geniş dağıntılar var – VİDEO

Azərbaycanda qadın yemək yeyərkən faciəvi şəkildə ölüb

Azərbaycanda qadın yemək yeyərkən faciəvi şəkildə ölüb

İran ABŞ-ın sülh planını RƏDD ETDİ - RƏSMİ/VİDEO

İran ABŞ-ın sülh planını RƏDD ETDİ - RƏSMİ/VİDEO

Ötən həftədə təmizlənən minaların SAYI...

Ötən həftədə təmizlənən minaların SAYI...

İlham Əliyevlə İrakli Kobaxidze arasında təkbətək görüş keçirildi – FOTO/VİDEO

İlham Əliyevlə İrakli Kobaxidze arasında təkbətək görüş keçirildi – FOTO/VİDEO

Yenə yağış, külək... – Aprelin 7-nə olan HAVA

Yenə yağış, külək... – Aprelin 7-nə olan HAVA

End of content

No more pages to load

RADİO