Bu gün Misli Premyer Liqasında XVII tura yekun vurulacaq.
Bizim.Media xəbər verir ki, turun son günündə bir matç baş tutacaq.
Ölkənin iki ən titullu klubu “Qarabağ”la “Neftçi” Azərbaycan derbisinə çıxacaq.
Qış çempionluğunu təmin edən Qurban Qurbanovun yetirmələri fasiləyə daha böyük fərqlə yollanmaq üçün qalib gəlməyə çalışacaq. “Neftçi” isə liderlərdən uzaq düşməmək üçün turu itkisiz keçməlidir.
Bizim.Media