Futbolçu Arda Gülər qadın fanatı tərəfindən cinsi qısnamaya məruz qalıb.
Bizim.Media xəbər verir ki, məlumatı “NTV” yayıb.
Məlumata görə, "Fənərbağça"dan "Real Madrid"ə keçən gənc ulduzdan avtoqraf alan ispaniyalı qadın azarkeş ona əxlaqsız təklif edib.
Qadının sualına təəccüblənən futbolçu təklifi gülümsəyərək rədd edib. Ardanın suala təəccüblü münasibəti dünya mətbuatında gündəm olub.
Xatırladaq ki, Arda Duru Nayman adlı xanımla sevgilidir.

Bizim.Media