Bu gün kişi voleybolçuların Yüksək Liqasında növbəti qarşılaşmalar keçirilib.
Bizim.Media xəbər verir ki, günün ilk oyununda “Xarı Bülbül Şuşa” MOİK-i asanlıqla məğlub edub.
Bu qələbə meydan sahiblərinə liderliyi qorumaq imkanı verib. "Azərreyl" və “Murov Az Terminal” eyni hesabla qələbə qazanaraq, “Xarı Bülbül Şuşa” uzaqlaşmaq imkanı verməyiblər. “Xarı Bülbül Laçın” və “Neftçi”nin gücü bir set qazanmağa çatıb.
Azərbaycan çempionatı
15 dekabr
Yüksək Liqa (kişilər)
14:00. “Xarı Bülbül Şuşa” – MOİK - 3:0 (25:18, 25:22, 25:15)
GİN-in Voleybol Mərkəzi
16:00. “Xarı Bülbül Laçın” - “Azərreyl” - 1:3 (23:25, 20:25, 25:21, 22:25)
GİN-in Voleybol Mərkəzi
18:00. “Murov Az Terminal” - “Neftçi” - 3:1 (25:19, 25:20, 17:25, 25:22)
GİN-in Voleybol Mərkəzi
Rəşad Rafiqoğlu, Bizim.Media