Bu gün kişilər və qadınlar arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi baş tutub.
Bizim.Media xəbər verir ki, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutan yarışın ilk günündə 4 çəki dərəcəsində 104 cüdoçu tatamiyə çıxıb.
Qadınlar arasında -48 kq. və -63 kq. çəki dərəcələrində, kişilər arasında isə -60 kq. və -81 kq. çəki dərəcələrinə qaliblər müəyyənləşib. 3 gün davam edəcək çempionatda ümumilikdə 14 çəki dərəcəsində 300-dən çox cüdoçu medallar uğrunda mübarizə aparacaq.
Qalibləri təqdim edirik:
Qadınlar
-48 kq.
1. Şəfəq Həmidova
2. Ramilə Əliyeva
3. Xumar Qasımzadə
4. Leyla Dəmirova
-63 kq.
1. Leyla Əliyeva
2. Kamilla Töhöliyeva
3. Diana Şoranova
4. Leyla Atayeva
Kişilər
-60 kq.
1. Nazir Talıbov
2. Babarəhim Mirzəyev
3. Hüseyn Allahyarov
4. Kənan Hüseynov
-81 kq.
1. Məmmədrza Hacızadə
2. Kərim Allahverdiyev
3. Ömər Rəcəbli
4. Qədir Hüseynov
Rəşad Rafiqoğlu, Bizim.Media