“Sumqayıt” klubu hücumçu Trezor Mossini komandada saxlamaq istəyir.
Bizim.Media xəbər verir ki, rəhbərlik brundili futbolçu ilə yeni müqavilə bağlamaq istəyir.
Hazırda Mossi “Sumqayıt”da icarə əsasında çıxış edir. O, müqavilə ilə Belçikanın “Vesterlo” klubuna məxsusdur. Hazırda Belçika təmsilçisi ilə futbolçunun birdəfəlik transferi ilə bağlı danışıqlar davam etdirilir.
Qeyd edək ki, Trezor Mossinin “Sumqayıt”la müqaviləsi mövsümün sonunda başa çatacaq.
Rəşad Rafiqoğlu, Bizim.Medida