"Neftçi"nin futbolçusu Kenni Sayef komandadan ayrılıb.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Onun şəxsi səbəblərə görə "Neftçi"dən ayrıldığı bildirilib.
2022-ci ilin yayında transfer olunmuş Sayef “Neftçi”nin heyətində 59 oyuna çıxıb, 10 qola imza atıb.

Rəşad Rafiqoğlu, Bizim.Media