Bu gün Azərbaycan Basketbol Liqasında 8-Cİ tura start verilib.
Bizim.Media xəbər verir ki, günün yeganə oyununda "Xəzri” “Sərhədçi”ni sınağa çəkib.
Debütant mövsümdə 6-cı qələbəsini qazanıb. Autsayderlə oyuna yaxşı başlamayan "Xəzri" ilk periodu məğlub başa vurub. Bundan sonra özünə gələn meydan sahibləri növbəti iki periodda rəqibə göz açmağa imkan verməyiblər.
Son perioda 22 xal fərqi ilə üstün yollanan komanda asan qələbə qazanıb. “Sərhədçi” isə 8 turdan sonra cəmi iki qələbəyə sevinib.
Azərbaycan Basketbol Liqası
13 dekabr
VIII tur
19:30. “Xəzri” – “Sərhədçi” - 117:100 (18:29, 36:22, 35:16, 28:33)
"Sərhədçi" İdman Kompleksi



Rəşad Rafiqoğlu, Bizim.Media