"Qarabağ" yaxşı və xarakterli komandadır" - "Hekken"in baş məşqçisi

“Sabah avrokubokların cari mövsümündə son oyunumuza çıxacağıq. Avropa Liqasındakı nəticəmizə baxmayaraq, ili komandam üçün uğurlu sayıram”.

Bizim.Media xəbər verir ki, bu sözləri İsveçin “Hekken” klubunun baş məşqçisi Per-Matias Hoqmo UEFA Avropa Liqasının qrup mərhələsində Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri VI tur oyunundan öncə mətbuat konfransında deyib.

O, Ağdam təmsilçisinin xarakterli komanda olduğunu bildirib:

“Qrup mərhələsində çox yaxşı çıxış etdilər. Heyətində əla oyunçular var. İsveçdə "Qarabağ"a qarşı yaxşı oynadıq, bərabər səviyyəli görüş oldu. Amma təəssüf ki, sonda məğlub olduq. Sabah qrupda ilk xalımızı qazanmaq istəyirik”.

O, Bakıda hökm sürən soyuq hava şəraitində oynamağa öyrəşdiklərini vurğulayıb:

“Bu günlərdə burada əsl İsveç havası var: külək əsir, yağış yağır. Biz bu havada oynamağa alışmışıq”.

Üçüncü dəfə Bakıya səfər etdiyini xatırladan baş məşqçisi yenidən burada olmaqdan məmnunluğunu ifadə edib.

O, Azərbaycan futbolunun səviyyəsindən də söz açıb:

“Klublarınız, milli komandanız inkişaf edir. Nəticələriniz yaxşıdır”.

“Qarabağ” və Norveç “Molde”sinin oxşar komandalar olduğunu söyləyən Per-Matias Hoqmo deyib:

“Hər ikisinin avrokubok təcrübəsi var. Hansı komanda qrupdan çıxsa, pley-offda mübarizə apara biləcək gücdədir”.

“Hekken”in kapitanı Samuel Qustafson da meydana yaxşı nəticə üçün çıxacaqlarını vurğulayıb:

“Baş məşqçimiz komandada elə bir fəlsəfə formalaşdırıb ki, hamı bir-birinə dəstək olur və güvənir. Hər dəfə daha yaxşı oynamaq istəyirik. Hazırda xalımız yoxdur və sabah bunu dəyişmək niyyətindəyik. “Qarabağ”da yaxşı futbolçular çoxdur. Onların arasında əcnəbilər və milli komandalarda çıxış edən yerli futbolçular var. Marko Yankoviçi çoxdan tanıyıram.

“Qarabağ”ın hücum xəttində fərdi keyfiyyətləri yüksək olan oyunçular yer alıblar”.

Qeyd edək ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Hekken” matçı saat 21:45-də başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Aqil Abbasdan Murad Arifə CAVAB: “Müğənnilərdən gözü açılsa, fikir verər” - ÖZƏL/VİDEO

Aqil Abbasdan Murad Arifə CAVAB: “Müğənnilərdən gözü açılsa, fikir verər” - ÖZƏL/VİDEO

Uşaqlar arasında suçiçəyi yayılıb? – RƏSMİ AÇIQLAMA

Uşaqlar arasında suçiçəyi yayılıb? – RƏSMİ AÇIQLAMA

Verilişi bağlanan aparıcılar indi bu işlərlə "başlarını qatırlar"

Verilişi bağlanan aparıcılar indi bu işlərlə "başlarını qatırlar"

"Papanin" hospitalında nüfuz alveri - Yüksəkrütbəli hərbçi İTTİHAM OLUNUR

"Papanin" hospitalında nüfuz alveri - Yüksəkrütbəli hərbçi İTTİHAM OLUNUR

“Ferentsvaroş” “Qarabağ”ın hansı futbolçusunu İSTƏYİR?

“Ferentsvaroş” “Qarabağ”ın hansı futbolçusunu İSTƏYİR?

“Dərnəgül” dayanacağı ilə bağlı ADY məlumat yaydı

“Dərnəgül” dayanacağı ilə bağlı ADY məlumat yaydı

Zəhərlənərək ölən uşağını dəfn etməyə pul tapa bilməyən ata 1260 manat ALIRMIŞ?

Zəhərlənərək ölən uşağını dəfn etməyə pul tapa bilməyən ata 1260 manat ALIRMIŞ?

AZAL və “Air Serbia” yeni kod-şerinq tərəfdaşlığına başlayıb

AZAL və “Air Serbia” yeni kod-şerinq tərəfdaşlığına başlayıb

Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyində - FOTO

Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyində - FOTO

Qusarda sel aparan 29 yaşlı gəncin ölümü ilə bağlı TƏFƏRRÜAT - VİDEO

Qusarda sel aparan 29 yaşlı gəncin ölümü ilə bağlı TƏFƏRRÜAT - VİDEO

Bakıda kollektor üzərində tikilən ev tam söküldü - FOTO/VİDEO

Bakıda kollektor üzərində tikilən ev tam söküldü - FOTO/VİDEO

Bu hallar “Azərişıq” əməkdaşlarına problemlər yaradır – Sel suları ilə bağlı qurumdan açıqlama

Bu hallar “Azərişıq” əməkdaşlarına problemlər yaradır – Sel suları ilə bağlı qurumdan açıqlama

Bu avtobusların hərəkət sxemi dəyişdirildi – SİYAHI

Bu avtobusların hərəkət sxemi dəyişdirildi – SİYAHI

Aprelin pensiyası bu tarixdə veriləcək

Aprelin pensiyası bu tarixdə veriləcək

Siyəzəndə güclü selin fəsadları aradan qaldırılır – FOTO/VİDEO

Siyəzəndə güclü selin fəsadları aradan qaldırılır – FOTO/VİDEO

Muhsin Şentürk Azərbaycana gəlib - FOTO

Muhsin Şentürk Azərbaycana gəlib - FOTO

166 vətəndaş su basmış ərazilərdən belə təxliyə olundu – FOTO/VİDEO

166 vətəndaş su basmış ərazilərdən belə təxliyə olundu – FOTO/VİDEO

Dəm qazından zəhərlənən uşaqlarla bağlı Sumqayıt İH-dən AÇIQLAMA

Dəm qazından zəhərlənən uşaqlarla bağlı Sumqayıt İH-dən AÇIQLAMA

Mədəniyyət və İncəsənət Universitetində niyə elektron jurnal işləmir? – Rəsmi AÇIQLAMA

Mədəniyyət və İncəsənət Universitetində niyə elektron jurnal işləmir? – Rəsmi AÇIQLAMA

Azərbaycanda dini baş örtükləri LƏĞV OLUNUR: Bu milli örtük təklif edildi

Azərbaycanda dini baş örtükləri LƏĞV OLUNUR: Bu milli örtük təklif edildi

DİM-dən riyaziyyat fənni üzrə mübahisəli sualla bağlı AÇIQLAMA

DİM-dən riyaziyyat fənni üzrə mübahisəli sualla bağlı AÇIQLAMA

İran ABŞ-ı zənginləşdirilmiş uranı oğurlamağa cəhddə ittiham etdi

İran ABŞ-ı zənginləşdirilmiş uranı oğurlamağa cəhddə ittiham etdi

Azərbaycanda selə görə 20-dən çox məktəbdə dərslər dayandırıldı - AÇIQLAMA

Azərbaycanda selə görə 20-dən çox məktəbdə dərslər dayandırıldı - AÇIQLAMA

Ukrayna dronları Rusiyanın “Admiral Qriqoroviç” freqatını vurdu – VİDEO

Ukrayna dronları Rusiyanın “Admiral Qriqoroviç” freqatını vurdu – VİDEO

End of content

No more pages to load

RADİO