FİFA 2023-cü ilin ən yaxşı məşqçisi mükafatına namizədlərin adlarını açıqlayıb.
Bizim.Media qurumun saytına istinadən xəbər verir ki, "The Best"ə namizədlər arasında Pep Qvardiola ("Mançester Siti"), Simone İnzaqi (İnter) və Luçano Spaletti ("Napoli"/İtaliya) yer alıb.
2022/23 mövsümündə “Mançester Siti” İngiltərə çempionu, ölkə kuboku və Çempionlar Liqasının qalibi olub. “İnter” İtaliya kubokunu qazanıb, Çempionlar Liqasının finalına yüksəlib.
“Napoli” isə 33 ildən sonra A Seriyasında ilk dəfə ölkə çempionu adın yiyələnib.
Bizim.Media