Asiya Çempionlar Liqasında qrup mərhələsinin son turunun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, bu gün Ramil Şeydayevin formasını geyindiyi "Buriram Yunayted" doğma meydanda "Ventforet Kofu"nu qəbul edib.
Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Ramil Şeydayev bu görüşün iştirakçısı olmayıb. Millimizin üzvü 8 oyunluq cəza aldığı üçün komandasına kömək edə bilməyib.
6 xal toplayan "Buriram Yunayted" qrup sonuncusu olub cə turnirdə mübarizəni dayandırıb.
Rəşad Rafiqoğlu, Bizim.Media