İlk dəfə Qəbələdə təşkil edilən şahmat üzrə "Vüqar Həşimov Memorial-2023” superturnirinə yekun vurulub.
Bizim.Media xəbər verir ki, turnirin mətbuat xidmətindən verilən məlumata görə, Heydər Əliyev Konqres Mərkəzində şahmatçılar bu gün 18 blits partiyada mübarizə aparıb.
İlk gedişi Vüqar Həşimovun ailə üzvləri Ayxan Həşimov və Xanlar Allahverdiyev edib. Rapid və blits yarışının yekun nəticəsində ümumilikdə 22 xal toplayan Hindistan təmsilçisi Vidit Santoş Qujrati turnirin qalibi adını qazanıb.
Rəşad Rafiqoğlu, Bizim.Media