Misli Premyer Liqasının 16-cı turu çərçivəsində “Zirə” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edir.
Bizim.Media xəbər verir ki, görüşü izləyənlər arasında AFFA prezidenti Rövnəq Abdullayev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və “Zirə”nin İdarə Heyətinin sədri Orxan Məmmədov da var.
Hazırda Bakıda səfərdə olan FİFA-nın baş katibi Fatma Samouranın da matça təşrif buyuracağı gözlənilir.
Bizim.Media