Adı milli komandamızın baş məşqçi postuna namizədlər sırasında hallanan Fabio Kannavaro üçün daha bir variant ortaya çıxıb.
Bizim.Media “Sky sport”a istinadən xəbər verir ki, son illər italiyalı çalışdırıcılara üstünlük verən Türkiyə klublarından daha biri eyni addımı atmaq istəyir.
Sabiq müdafiəçinin “Adana Dəmirspor”a rəhbərlik etmək variantı var.
Artıq adanalıların mütəxəssislə danışıqlara başladığı bildirilir. Onlar iki gün öncə istefaya göndərilən Patrik Klyuverti “Qızıl Top” sahibi ilə əvəzləmək niyyətindədir.
Kannavaronun yığmamıza gəlmək ehtimalı azalsa da, onu tez-tez xatırlamalı olacağıq. Çünki Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev “Adana Dəmirspor”da oynayır.
Rəşad Rafiqoğlu, Bizim.Media