"Qarabağ", "Zirə" və "Kəpəz"in ardından daha bir klubumuz qış toplanışını ölkə daxilində keçirməyə qərar verib.
Bizim.Media xəbər verir ki, "Araz Naxçıvan"ın Antalyaya yollanmaq variantı olsa da, qış fasiləsinin qısa olduğu nəzərə alınaraq, bu səfərdən imtina edilib.
Klubdan verilən məlumata görə, Naxçıvan təmsilçisi böyük ehtimalla qış hazırlığını Bakıda keçirəcək. Ancaq yekun qərar hələ verilməyib.
Rəşad Rafiqoğlu, Bizim.Media