"Kəpəz" klubunda ciddi dəyişikliklərin olacağı gözlənilir.
Bizim.Media xəbər verir ki, başda Mehman Allahverdiyev olmaqla, klubda rəhbər post tutan bir neçə şəxs işindən kənarlaşdırılıb.
Bu proseslərin davam edəcəyi gözlənilir.
Klubun idarə heyətinin sədri İlqar Nadiri yeni kollektiv formalaşmağı düşünür. Ümumiyyətlə, gənc sədr "Kəpəz"də sağlam, qalmaqalsız, söz-söhbətsiz mühit yaratmaq niyyətindədir.
Bundan başqa, 2024-cü ildən kluba yeni sponsorun gələcəyi də gözlənilir. Hazırda bu yöndə də ciddi danışıqlar gedir.
Məlumata görə, AFFA prezidenti Rövnəq Abdullayev bir neçə gün əvvəl Gəncəyə səfəri də bununla bağlı olub.
Rəşad Rafiqoğlu, Bizim.Media